Üzünüz üçün çiyələk maskası

Üzünüz üçün çiyələk maskası
1747 dəfə oxunub
  • A-
  • A
  • A+

Çiyələk maskası ilə dərinizdəki bir çox ləkələri təmizləyə bilərsiniz.

Axşam.az xarici KİV-ə istinadən maskaların tərkibini və hazırlanma qaydasını sizlərə təqdim edir:

Ləkələr üçün maska

Tərkibi:

2 çiyələk

1 qaşıq qatıq

3 damcı lavanda yağı

Bütün sayılanları əzib qarışdırdıqdan sonra üzünüzə vurun. Yarım saat saxladıqdan sonra ilıq su ilə təmizləyin.


Qara nöqtələr üçün maska

Tərkibi:

1 qaşıq bal

Yarım qaşıq limon suyu

2-3 çiyələk

Bunları əzib yaxşıca qarışdırın. Üzünüzə, xüsusən də qara nöqtələr olan hissəyə çəkin. 5-10 dəqiqə sonra yuyun. Həftədə bir dəfə istifadə edə bilərsiniz.


Günəş ləkələri üçün maska

Tərkibi:

4-5 çiyələk

1 qaşıq limon suyu

1 qaşıq qatıq

Çiyələkləri əzib qatıq və limon suyu ilə qarıdırın. Üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra yuyun. Həftədə 1-2 dəfə bu maskadan istifadə edə bilərziniz.