Elnur: “Mənə öz vətənim rahatdır”

Elnur: “Mənə öz vətənim rahatdır”
833 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elnur Məmmədov xarici şou-biznesə qatılmamasının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişində özünü yalnız vətənində rahat hiss etdiyini bildirib:

“Mənə öz vətənim rahatdır. Xarici şou-biznesə qatılmaq çətindir. Düzdür, Türkiyədə mahnılar yazdırır, aranjiman etdirirəm. Amma oranın şou-biznesinə qatılmaq qəliz məsələdir”.

Yeni ili səhnədə qarşılayacaq Elnur iki gün ailəsi ilə bayram edəcəyini bildirib:

“Yeni il gecəsi şou-proqramlarda olacağam. Amma sonra ailəmlə birlikdə bayramı qeyd edəcəyəm. Yanvarın 1-də anamın ad günüdür. İki gün evimizdə bayram olacaq”.