"Varlıyla dost olub kasıba gülmə"

"Varlıyla dost olub kasıba gülmə"
1657 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan "Onlar" verilişində yenə ulduzlar üz-üzə gələcək.

24 dekabr saat 22:00-da efirə gedəcək "Onlar"ın növbəti buraxılışında xalq artisti Nisə Qasımovanın şok açıqlamalarını izləyəcəksiniz.

Xalq artisti Aygün Kazımova yeni klipini təqdim etmək üçün "Onlar"ı seçib. Müğənninin hələ heç yerdə görünməyən ekran işini bu axşam izləyə biləcəksiniz.

Türkiyəli müğənni Özcan Dənizin eksklüziv müsahibəsini, xalq artisti Məleykə əsədovanın “kraliça” olma iddiasını verilişin sabahkı efirində görəcəksiniz.

Müğənni Xatirə İslamın, Ramal İsrafilovun, Elnurun yeniliklərindən “Onlar” da xəbər tutacaqsınız.

İnformasiya dəstəyini Axşam.az saytının etdiyi "Onlar"ın yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajçı Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.