Bu gün Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olunub.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə Xalq Artisti, Dövlət Mükafatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı Rauf Abdullayevə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının “Dostluq” və “Şöhrət” ordenləri laureatı Mixail Qusmana və Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenləri laureatı Eldar Quliyevə “Qızıl Çinar” beynəlxalq mükafatını təqdim edib.

 
 
 
 
 
 


                 

Digər Xəbərlər