"Sevdiyim" layihəsi təqdim edildi - Fotolar

"Sevdiyim" layihəsi təqdim edildi -  Fotolar
1181 dəfə oxunub
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “ASAN xidmət”in ərsəyə gətirdiyi “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, layihə çərçivəsində görkəmli şair-dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip çəkilib. Əsərin bəstəkarı və ifaçısı əməkdar artisti Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.

Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində müğənni işi ilə bağlı mediaya açıqlama verib. O bildirib ki, belə bir məsuliyyətli işin öhdəsindən uğurla gəlib. Müğənni layihənin tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsi məqsədi ilə hazırlandığını deyib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər qonaqlar iştirak ediblər.

Tədbirdə T.Ağayeva vətərpərvərlik mövzusunda mahnılar səsləndirib.

Qeyd edək ki, “Sevdiyim” layihəsi “ASAN xidmət”, “ASAN Könülüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Foto: İlqam CƏBİYEV