"Heç efirə hər gün çıxanların mənim qədər toyu yoxdur" - Nicat

"Heç efirə hər gün çıxanların mənim qədər toyu yoxdur" -  Nicat
3133 dəfə oxunub
  • A-
  • A
  • A+
"Efirə çox can atmıram. Səbəb odur ki, daha çox işləyən, çalışanların, bütün günü efirə çıxanların heç mənim qədər məclislərə dəvəti, toyu olmur. Bu halım özümü daha çox qane edir".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nicat Rəhimov deyib. Sənətçi son günlər bayağı mahnıların daha çox məşhurlaşdığını deyib:

"Yeni mahnıları gərək bayağı oxuyasan. Əziyyət çəkib səviyyəli, zövqlü mahnı ərsəyə gətirməyin əhəmiyyəti yoxdur. Müəyyən qədər dinləyici kütləm var və çox şadam ki, həmin insanlar da zövqlü, ziyalı, sağlam düşüncəli insanlardır. Vaxtilə canını verən, əziyyət çəkən, şou-biznesi inkişaf etdirən Aygün Kazımova, Faiq Ağayev, Rəhim Rəhimli və bir neçə sənətçilərin əziyəti qalıb kənarda. Onların yaratdığı səviyyəni indi bir neçə bayağı ifaçılar, insanlar olduqca aşağıya endiriblər.
 
Çox şükür, sənətə dəyər verən verilişlər var ki, hərdən dəvət alıram. Amma təəssüflər olsun ki, əksəriyyəti “Youtube”da reytinq güdürlər. Kimin baxış sayı çoxdursa onu çağırırlar. Amma anlamırlar ki, o baxış sayını pulla da artırırlar və bilirlər ki, artan kimi efir özü çağıracaq. Efirə verəcəyi pulun 5 faizini qoyur “Youtube”a... Amma bir məqamı da vurğulayım ki, bayağı ifaçıları dəvət edəndə, redaktorlar normal tamaşaçını düşünmürlər. Bu gedişlə onları da itirib uçuruma gedirlər".