Bodrumda "Miss 7 Continents" ("7 qitənin gözəli") adlı gözəllik yarışması keçirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müxtəlif şouların göstərildiyi gecədə ukraynalı modelyer Elana Bilikin bu il üçün hazırladığı bikinilər nümayiş olunub.

21 ölkədən gələn gözəllər müxtəlif libaslar və bikinilərdə tamaşaçı və münsiflər qarşısına çıxıblar. 2 saat davam edən tədbirdə ukraynalı Katerina Kaçaşvili (21 yaş) birinci olub. O, Malaziyada təşkil olunacaq "Dünya gözəli" yarışmasına vəsiqə qazanıb.

Müsabiqədə Litvanyadan qatılan Evelina Stepul (20 yaş) ikinci, Belarusdan qatılan Viktoriya Laurenka (25yaş) üçüncü, Latviyadan olan Estella Zaharkeviça (20 yaş) dördüncü, Monteneqrodan gələn Mariyana Lasosevic (21 yaş) isə beşinci olub.







                 

Digər Xəbərlər