Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Misirin paytaxti Qahirə şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən rəsmi ziyafət və konsert proqramı təşkil olunub.

Axşam.az xəbər verir ki, Misir parlamentinin sədr müavini Süleyman Vahdan, parlamentin baş katibi Əhməd Saadəddin, daimi komissiyalarının sədrləri, deputatlar, bu ölkənin xarici, mədəniyyət və turizm nazirləri, təhsil nazirinin müavini, ictimai təşkilatların rəhbərləri, xarici ölkələrin səfirləri, Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, kütləvi informasiya vasitələrinin nümayəndələri ziyafətdə iştirak ediblər

Ziyafət zamanı Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən, füsunkar təbiətindən, gözəl memarlıq abidələrindən, qış və yay turizm potensialından, iqtisadi nailiyyətlərindən bəhs edən sənədli film nümayiş olunub. “Azərbaycanın milli paltarları” adlı moda nümayişi tədbir iştirakçılarının marağına səbəb olub.

Konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan Dövlət Filarmoniyasının rəqs qrupu “Yallı”, “Tərəkəmə”, “Ağ çiçəyim”, “Qaytağı” və “Naz eləmə” milli rəqslərimizi təqdim edib. Daha sonra əməkdar artist Səlim Abbasovun ifasında Azərbaycan və ərəb musiqiləri səsləndirilib.

S.Abbasov bildirib ki, səfər çərçivəsində Misiri, piramidaları gəzmək imkanı da olub.

 
 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər