Azərbaycanlı gənc Qədir Niftəliyev Türkiyəyə çobanlıq etməyə gedib.

Axşam.az xəbər verir ki, qardaş ölkənin Rize bölgəsində bir sahibkar onun üçün işləyəcək çoban axtardığı barədə elan verib. 450 baş heyvanı olan kişi bunun üçün 2 min türk lirəsi (təxminən 950 manat) təklif edib. Onun axtarışı nəticəsiz çıxıb. O, dostunun köməkliyi ilə Azərbaycanda yaşayan Qədir Niftəliyevi tapıb. Qədir də onun təklifi ilə razılaşıb və Türkiyəyə yollanıb. Kale kəndi ətrafında sürünü yaylaqlara aparan Qədir orada yaşayır. Onun bu hərəkəti türk mediasının da diqqətindən qaçmayıb.

Qədir açıqlamasında “Türkiyədə çobanlıq işinin olduğunu bildiyimdə buraya gəldim. Gündə 3 dəfə yemək yeyirəm. Heyvanlar səhər yaylaqlarda otlayır, axşam isə bir yerə toplanır. Mən onlara sahib çıxıram. Daxmada qalıram. Gecə hava soyuyanda ocaq qalayıram. Ailəm Azərbaycanda çobanlıq edir. İşimi sevirəm” sözlərini deyib.







                 

Digər Xəbərlər