“Müğənnilər məndən uzaqlaşıblar. Mən isə tək deyiləm. Onlar peşəkar bəstəkarlardan, hər kəsdən uzaqlaşıblar. Özlərini mükəmməl sayırlar ki, onların zövqünü yaşlı nəsil başa düşməz və həmin müğənnilər daha inkişaf ediblər. Hər kəs belə düşünür ki, mən heç kimin müdaxiləsi olmadan, heç kəsin mənə göstərişi olmadan, özüm hər şeyi edə bilərəm. Mənəm-mənəmlik, gətirib ona çıxardır ki, bizim bu gün yeni nəslin istedadlı gəncləri də qeyri-peşəkar abu-hava yaratmaqdadırlar”.

Axşam.az xəbər verir ki, bu sözləri bəstəkar Gövhər Həsənzadə ARB Ulduz-un “Virtual həyat” verilişində deyib.

Bəstəkar sənətçiləri tənqid edib. O bildirib ki, indi heç kim yaxşı bəstəkara müraciət etmir.

“Yaxşı mahnı yoxdur!? Sayımız az olsa da, biz peşəkar bəstəkarıq, sağıq axı! Yaxşı mahnı və yaxşı bəstəkar yoxdur deyəndə, mən istəyirəm həmkarlarıma zəng edib deyim ki, salamatçılıqdır? Ürəyim ağrıyır ki, o sözü bizim vaxtımızda əziyyət çəkən müğənnilər də deyir. Yeni gələnlər haya-küyə düşüblər. Sizə nə olub? Siz ki, sənətkar görmüsünüz. Siz də onlara qoşulursuz? Niyə? Gövhər sizə indiyə kimi pis mahnı verib? Kim gəldi məndən yaxşı mahnı istədi dedim ki, yoxdur? Kimin cürəti çatıb deyə bilər ki, Gövhər xanımdan yaxşı mahnı istədim vermədi”.



                 

Digər Xəbərlər