Aparıcı Firuzə Cəlilova (Fira) İnstaqramda onlayn geyim satışı ilə məşğul olan səhifəni şikayət edib.

Axşam.az-ın məlumatına görə, Fira bildirib ki, “sizin_geyim_mekaniniz” adı ilə fəaliyyət göstərən səhifə saxtakarlıqla məşğuldur. Aparıcı vurğulayıb ki, onlar sifarişçilərdən pulu alır, amma məhsulu çatdırmırlar:

“Ehtiyatlı olun, İnstaqramda belə bir səhifə var – “sizin_geyim_mekaniniz”. Adını da tez-tez dəyişir. Məhsulun pulunu əvvəlcədən “paypoint” vasitəsilə hesabına yatırtdırır, sonra isə itirlər. 

Bir çox tanışlarımı aldadıb pulunu alıblar. Onlar da artıq polisə şikayət ediblər. Siz də bu fırıldaqçıların qurbanına çevrilməyin, alıdanmayın”.



                   

Digər Xəbərlər