Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mehriban Abdullayevanın ifasında U. Luisin “İstədiyim kimi yaşamışam” monotamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru xalq artisti, rejissor Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir. Ömrün yaşanan illərinə xatirə pəncərəsindən hər an boylanan Zelda, gah xoşbəxtdir, gah bədbəxt. O, gah gülür, gah göz yaşlarında boğulur . Məhz bu anlarda aktrisa özünəməxsus ştrixlərlə obrazının daxili əzablarını tamaşaçıya sərrastcasına çatdıra bilir.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti isə Sona Mustafayevadır.



                   

Digər Xəbərlər