"Uzun illərdir ifaçılıqla yanaşı bəstəkarlıq da edirəm. Sənət yoldaşlarımdan müraciət edənlər çoxdur. Heç kimi qırmamağa çalışıram. Vaxt edib hər kəsin öz zövqündə və ifaçının tərzində mahnı bəstələyirəm. Düzdür, bu çox az hallarda olur ki, mən kiminsə janrını düşünürəm və saatlarla, günlərlər beyin yoruram ona. Adətən özüm öz içimdən gələni verirəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elvin Abduallayev deyib. Sənətçi bu dəfə bəstəkarlığından danışıb. O bildirib ki, mahnılarını özü oxumaqla yanaşı, həmkarlarına da verir:

"Bir bəstəm olanda oturub qulaq asıram ki, bu mahnını kim oxuya bilər, kimdə daha yaxşı alınar? Qaldı ki, qiymətdə razılaşmaq məsələsi... Yaxşı mahnının qiyməti olmur. Günay İbrahimli mənim bir mahnımı oxudu, son günlərdə ən çox sevilən hitlərdən birinə çevrildi. Bu mahnı mənim üçün qiymətsizdir.

Amma elə ifaçılar da var ki, qiymət deyəndə başlayırlar ki, pul yoxdur, bəzi şou-biznes sayağı uydurmalar edirlər. Gözəl bilirəm kimin nəyi var, nəyi yoxdur. Hamımız əziyyət çəkirik ki, pul qazanaq".

Elvin son vaxtlar hit mahnıların az olmasından gileylənənlərə cavab verib:

"Son günlər hit olmur deməzdim, var, həm də çoxdur. Sadəcə, o mahnılara qulaq asan yoxdur. İstiyirsən mahnıya da, aranjimana da 10 min manat pulun çıxsın, xeyri yoxdur. Camaat sintezatorla oxunan meyxanalara qulaq asır. Bu da bilinmir hansı janrdadır: nə bizim folklor meyxanamızdır, nə də musiqisi bəllidir".

Sənətçi xalq artistlərinin bəstəkarlara pul ödəməməsindən söz açıb: 

"Xalq artistləri mənim kimi bəstəkar müğənniyə pul ödəməyə bilərlər. Çünki o xalq artistidir, mən sadəcə Elvin Abdullayev. Amma peşəkar, illərdir bu yolda təhsil almış əsl bəstəkara məvacib verilməlidir. Hər bir çəkilən əziyyətin qiyməti olmalıdır. Çünki peşəkar bəstəkarların gəlir mənbəyi məhz yazdıqları mahnılardır. Nə olsun xalq artistidir. "Xalq artisti" olmaq, hər şey edərəm demək deyil".

Abdullayev ən yaxşı mahnılarını özünün oxuması məsələsinə də aydınlıq gətirib:

"Bəstələrimdə ayrıseçkilik salmağı xoşlamıram. Elə mahnı var ki, gözəldir, amma mənim yolum deyil. Onu necə heç kimə verməyim, özüm oxuyum? Pis mahnı yoxdur, pis ifa var. Bəstəkarlığa qazanc mənbəyi kimi baxmıram. Lazım gələndə ürəyim istədiyi, ifasını çox bəyəndiyim insana pulsuz bəstə vermişəm. Qazanc mənbəyi mənim yalnız ifaçılığım ola bilər.

Bəzən yaxşı mahnı yazmışam. Gəlib ona 5-6 min təklif ediblər. Amma görürəm ki, bu adamın onu oxumağa istedadı yoxdur. Pul ola bilər, ancaq istedad, səs, ürək önəmlidir. İndid eyirlər ki, ara mahnılar hit olur. Belə düşünmürəm. Onların məşhurluq dönəmi bir həftə davam edir. Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova kimi dahilərin yazdığı əsl hitlər ömür boyu yaşayır. Onlar əsl Azərbaycan mahnılarıdır, ordan-burdan calaq vurulmuş bəstələr yox".



                 

Digər Xəbərlər