Atası toyuna gəlməyəcək

Atası toyuna gəlməyəcək
1962 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harri ilə ailə qurmağa hazırlaşan Meqan Marklın toyuna atası gəlməyəcək.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Meqan bunla bağlı dedi-qodulara cavab verib. O, atasının həqiqətən gələ bilməyəcəyini təsdiqləyib, insanların onları rahat buraxmasını xahiş edib:

“Təəssüf ki, atam toyuma gələ bilməyəcək. Hər zaman onun qayğısına qaldım, onun üçün narahat oldum. Ümid edirəm ki, bundan sonra onu rahat buraxacaqlar. O, öz səhhəti ilə məşğul olmalıdır. Üstümüzə az gəlin. Bilin ki, Harri ilə birlikdə xoş günümüzü sizinlə bölüşmək istəyirik”.

Aktrisanın atası Tomas Markl ürəyindən əməliyyat olunub. Buna görə də bir neçə gün xəstəxanada qalmalıdır.

36 yaşlı meqanın şahzadə ilə toyu mayın 19-da keçiriləcək.