"Bakıya budəfəki səfərim zamanı Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevə böyük sevgisinin və hörmətinin şəxsən şahidi oldum".

Axşam.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında tanınmış yapon müğənnisi Kyoko Yamamoto deyib. Azərbaycana son səfərinin onda böyük təəssürat doğurduğunu qeyd edən K.Yamamoto bildirib ki, məqsəd ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək idi.

Ölkəmizdə bir neçə dəfə olduğunu xatırladan K.Yamamoto bildirib ki, Azərbaycanı çox sevdiyi üçün budəfəki dəvəti də həm böyük sevinc, həm də qürur hissi ilə qarşılayıb:

“Heydər Əliyev Beynəlxalq Aeroportunda çox böyük hörmətlə qarşılandım. Sonra dünyanın müxtəlif ölkələrindən gəlmiş ifaçıların və yapon iş adamlarının qatıldığı tədbirdə iştirak etdim. Dəfələrlə Bakıda olmağıma baxmayaraq, Xətai rayonundakı Heydər Əliyev parkında yerləşən “Yapon bağı”nı ilk dəfə gördüm. Bütün bunlar Azərbaycan ilə Yaponiya arasında sıx dostluq əlaqələrinin qurulduğunu birbaşa təsdiq edir”.

Mayın 9-da təşkil olunan konsertdə çıxışı barədə məlumat verən K.Yamamoto bildirib ki, burada iki yapon mahnısını və “Sarı gəlin”i Azərbaycan dilində ifa edib.





                 

Digər Xəbərlər