Həftəsonu 33 dərəcə isti olacaq

Həftəsonu 33 dərəcə isti olacaq
838 dəfə oxunub
  • A-
  • A
  • A+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
 
Nazirliyin mətbuat xidmətindən Axşam.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 26-30, dağlıq rayonlarda isə 17-22 dərəcə isti təşkil edəcək. 
 
Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32 dərəcə olacaq. 
 
Aran rayonlarında temperatur 33 dərəcəyədək yüksələcək və hava günəşli olacaq.
 
Naxçıvan MR-da mayın 20-də axşam az yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. 
 
Yaxın iki gün ərzində mülayim-cənub istiqamətli külək əsəcək, günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.