Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı
4786 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah müqəddəs Ramazan ayının üçüncü günüdür.

Axşam.az bu günün duasını sizlərə təqdim edir:

Allahım mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et, məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır. Mənə bu ayda nazil etdiyin bütün xeyirlərdən bir pay ver, səxavətliliyinə xatir ey, səxavətlilərin ən səxavətlisi!

İmsak duası:

“Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyyətini qəbul et. Qalxmayanlara da niyyət nəsib et Rəbbim”

Orucu açan zaman oxunan dua:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

“Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvənib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən”

“Susuzluq getdi. Damarlar islandı. İnşallah savab sabit oldu”

“Ey bağışlaması bol olan Allahım! Məni, ana-atamı və bütün möminləri hesab günündə mağfirət et”.

Allah dualarınızı qəbul etsin!