Daha bir prezident “Diriliş Ertuğrul” heyranı imiş - Fotolar

Daha bir prezident “Diriliş Ertuğrul” heyranı imiş - Fotolar
5500 dəfə oxunub
  • A-
  • A
  • A+
“Diriliş Ertuğrul” serialının rejissoru Mehmet Bozdağın İnstaqram hesabında etdiyi paylaşım minlərlə bəyənmə toplayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet səhifəsində Venesuella prezidenti Nikolas Maduronun “Diriliş Ertuğrul” heyranı olduğunu sübut edən bir foto yerləşdirib.

Rejissorun “Serialımızı izləyən Venesuella prezidenti bizə salam göndərib. Ona təşəkkür edirik” qeydi ilə paylaşdığı foto qısa zamanda minlər “like” və şərh toplayıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da müsahibələrindən birində “Diriliş Ertuğrul”un heç bir bölümünü qaçırmadığını bildirib.