Xalası qızı Hyustonu zorlayıbmış

Xalası qızı Hyustonu zorlayıbmış
7947 dəfə oxunub
  • A-
  • A
  • A+

6 il bundan əvvəl dünyasını dəyişən amerikalı müğənni Uitni Hyustonla bağlı şok xəbər yayılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda sənətçi ilə bağlı hazırlanan sənədli filmdə xəbər verilib. "Uitni" adlanan film Kann festivalında nümayiş edilib.

Rejissor Kevin Makdonaldın ərsəyə gətirdiyi ekran işində Hyustonun həyatından, yaradıcılığından bəhs olunur. O, 48 yaşında dünyasını dəyişən müğənninin qohumlarından da müsahibə alıb. Bəlli olub ki, xalası qızı Di Di Varvik uşaq vaxtı müğənnini döyürmüş. O, uşaq vaxtı Uitni və onun qardaşına seksual təcavüz edib. Narkotik istifadəçisi olan Varvik 2008-ci ildə ölüb.

Qeyd edək ki, Uitni Hyustonun cəsədi fevralın 11-də 2012-ci ildə Los-Ancelesdə qaldığı oteldə tapılmışdı.