Dünyanın ən çox gözlənilən toyu başladı - Canlı yayım

Dünyanın ən çox gözlənilən toyu başladı -  Canlı yayım
8440 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyanın ən məşhur sub ayı şahzadə Harrinin toyudur.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Harri amerikalı sevgilisi Meqan Markla nikah masasına oturmağa hazırlaşır. Toy bir neçə saat əvvəl başlayıb. Məclisin ilk qonaqları artıq gəliblər.

Toya Devid və Viktoriya Bekhem və bir çox məşhurlar da dəvət olunublar. Kraliça Yelizabet nəvəsinin nikahını “St George Şapeli”də keçirir.

36 yaşlı aktrisa ilə ailə quran Harrinin nikahını David Connor bağlayacaq. Nikahdan sonra cütlük atla gəzəcək və sonra saraya qayıdacaq.  

Məclisə 600-ə qədər qonaq çağrılıb. Dəvət olunan bəylərin xüsusi kostyum, qadınların isə şlyapa taxmaları tələb edilib. Toy BBC vasitəsilə canlı yayımlanır.