"Gündə 15 foto paylaşırlar, bezdirirlər" - Samir

"Gündə 15 foto paylaşırlar, bezdirirlər" -  Samir
1583 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sosial şəbəkələrdə qəribə aqresiya var. Bilmirəm, düşünürlər hər şeyi danışa bilərik. Amma oturub çox şeyi oxumuram. Hansısa sayt məndən yazırsa, başlığı oxuyuram. Amma durub ona yazılan şərhlərə baxmıram. Amma mənə bir dənə də olsun təhqir yazmırlar. Heç bir şərhi pozmuram".
 
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samir Cavadzadə "Açıq pəncərə" verilişində deyib. İnstaqramda özünə yeni profil açan Samir sosial şəbəkələrdən bəhs edib:

Sənətçi həmkarlarını izləməməsinin səbəbini açıqlayıb:

"Çünki Facebook-da var hamısı. Bəzisini izləyirəm. Çoxdular, izləyə bilmərəm. Heç kimin xətrinə dəyməsin. Arada görəndə deyirlər ki, niyə məni izləmirsən? Cavab verirəm ki, mən izləsəm nə olacaq? Bəzisi gündə 15 foto yerləşdirir. Bu da çox edir, bezdirir. Ona görə də izləmirəm. Kim daha az foto paylaşır, daha rahatdır. Tanınmışlar var ki, başqa adlarla sənət dostlarına tənqid yazırlar".