Rəngli dünya – Tunis

Rəngli dünya –  Tunis
1488 dəfə oxunub
  • A-
  • A
  • A+
Yazın gəlişi gəzmək həvəsini və istəyini daha da artırır. Fərqli məkan, fərqli aləm və fərqli gözəllik… Hər bir insan bunu yaşamaq arzusundadır. Sizə gözəl duyğular bəxş edəcək yerə səyahət yazqabağı heç də pis seçim olmazdı. Bu gözəl fəsli Tunisdə qarşılamaq pis seçim deyil. Tunis – əvəzolunmaz gözəlliklər diyarı, Aralıq dənizi ab-havası, Afrika ekzotik aləmi, rahat avropasayağı otellər… Bütün bunlar sizi Tunis səyahətində gözləyir. Ölkənin paytaxtı Tunis şəhəridir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, mülayim subtropik hava şəraiti ilin bütün fəslində istirahət üçün imkan yaradır. Tunis bir tərəfdən bənövşəyi göl, mavi rəngli dəniz suları, digər tərəfdən təpələrlə əhatə olunub. Tunis yaşıl, mavi və ağ şəhərdir.

Bura ən çox turist gələn müasir və qədim dünyanın birləşdiyi aləmdir. Şəhərin insanları da çox mehriban və zarafatçıldırlar. Onlar turistlərə məzəli lətifələri ilə əyləncəli anlar yaşadırlar. 

Gəzinti xəritən:
Gəzintiyə Tunisin mərkəzi hesab edilən qədim qala divarları ilə əhatə olunan Mədinədən başlamaq məsləhət görülür. Buranın ən görməli yeri Cami ez-Zeytun məscididir.



Müasir istirahət və dənizkənarı dincəlmək arzusunda olanlar Hamameta, Kelebin və Monastra getsinlər. Bura Tunisin ən sakit və az turist gələn məkanıdır.

Şəhərin ən görməli yerlərindən biri də Sukel – Attarin məhəlləsidir. Bu ekzotik məkan hər bir turistin diqqətini çəkir. Burada fərqli ətirlər satılır. Hansı ki, onları dünyanın heç bir yerində tapa bilməzsən. Həmin ətirlər xüsusi hazırlanan yağlarla düzəldilir.

Tunisin ən rəngarəng binası hesab edilən Dar-Osman Sarayına da get. Rəngli mərmərlərlə düzəldilən bu saray görünüşü ilə hər kəsi heyran edir. Şəhərin görməli yerlərindən biri də ölkənin incəsənət mərkəzlərindən biri hesab edilən Dar ben-Abdallahdır.



Antiq dünya

Dünyanın ən böyük mozaika muzeyi Alaundur. Burada roma mozaikası toplanılıb. Düynanın ən gözəl Zooparkını görmək istəsən Belver parkına get. Burada ekzotik heyvanlar və əyləncə mərkəzi Dah-Daha heyran qalacaqsan.
Tunisin ən qədim diyarını görmək və qədim adətləri ilə tanış olmaq istəyirsinizsə, La Qulettə get.
Ən böyük istirahət mərkəzlərindən biri Antoniya Pianı da gəz. Burada Tunisin qədim dünyası ilə tanış olacaqsınız. Böyük amifiteatr, fərqli villalar, rəngarəng bağlar… Bütün bunlar antik gəzinti zamanı sizi gözləyir.
Tunis səfərinin ən maraqlı hissələrindən biri də Ziqvan gəzintisi olacaq. Meydandakı  Vodı və Merkuri məbədinə get. Bura Tunisin ən sehirli məkanıdır. İnsanlar bura niyyət diləmək üçün gəlirlər.
Tunisin mirvarisi adlandırılan Sidi-Bu-Said şəhərinə get. Burada böyük daşlarla tikilmişmavi-ağ rəngli evlər şəhəri nağıllar aləminə bənzədir.



Ölkənin ən böyük limanını görmək istəsən Bizerta şəhərinə get. Burada həmçinin sönmüş vulkanıda görəcəksən. Bizerta həm də narın və təpələr olan qumlu sahilləri, sıx meşələr, rəngarəng çiçəklərlə diqqət çəkir. Ətrafı gözəl parkla əhatə olunmuş İşkel gölü bütün turistləri cəlb edir. Hələ yenicə istifadəyə verilmiş arxeoloji Şemtu abidəsi şəhərin ən görməli yerlərindəndir.



Dünyanın ən gözəl dəniz istirahətini görmək istəyən Sfaks şəhərinə getsin. Bura da həmçinin alış-veriş etmək imkanı da qazanacaqsınız. Dünyanın ən məşhur brendləri bu ərazidə toplanıb. Şəhərin ən görməli yerləri «Bab-Divan» divarları, «Dar Celluli» Sarayıdır.

Qədim və mədəniyət mərkəzi hesab edilən Maqribada turistləri heyran edəcək. Burada əsl Sahara oazisini görəcəksən. Bura avtomobilə macəra dolu bir yol keçmək istəyənlər üçün əsl cənnətdir. Dəvə karvanının Sahara səhrasına gedən yolu isə Tatavindən başlayır. Bu yolun gözəlliyi insanı heyran edir.
 

 
Mətbəx:
Tunis mətbəxi fərqli ədviyatları və dadlı yeməkləri ilə seçilir. Əksər xörəklərdə tuns balıqdan istifadə edilir.
Ən məşhur içki isə içərisinə nanə, badam və fındıq qatılan yaşıl çaydır. Dana əti və tərəvəzlərdən hazırlanan şorbanın dadına doymayacaqsınız. Mütləq yerli pendir və qızardılmış bibərdən hazırlanan «takcin»in dadına bax. Ekzotik ədviyatlardan və pendirdən hazırlanan «occi»nin dadına doymayacaqsan. Ən məşhur kabab «broşet»in fərqli dadına heyran qalacaqsınız. Ən ləzzətli yeməklərdən biri də fərqli tomat sousundan və ətdən hazırlanan «felfel mahçi» məşhur yeməklər siyahısındadır.



Alış-veriş:
Ən böyük ticarət mərkəzlərindən biri Mədinə şəhərindədir. Burada əsl şərq atributları almaq imkanı tapacaqsan. Əsl şərk işləmələri ilə bəzədilən şərflərə heyran qalacaqsan. Dəridən olan nəyinsə ölkədən çıxarılmasına icazə verilmir.