Musa Yaqubun səhhəti pisləşib - Foto

Musa Yaqubun səhhəti pisləşib - Foto
1458 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur şair Musa Yaqubun səhhəti ağırlaşıb.

Axşam.az xəbər verir ki, "ölkə.az"ın məlumatına görə, ötən gün xalq şairi Sabir Rüstəmxanlı İsmayıllının Buynuz kəndinə gedərək, həmkarına baş çəkib. Rüstəmxanlının qardaşı şairlərin görüşündən çəkilmiş fotonu paylaşaraq bunları yazıb:

"Bu gün İsmayıllı rayonunun Buynuz kəndində ailəmizə çox yaxın olan, Azərbaycanın görkəmli şəxsiyyəti, çox hörmətli şairi Musa Yaqubu qardaşlarımla, Sabir Rüstəmxanlı və Mədət Rüstəmxanlı ilə birlikdə ziyarət etdik. Musa əmi biraz nasaz idi. Allah şəfasını versin. Söz verdi ki, növbəti dəfə gələndə sizi ayaq üstə, sağlam qarşılayacağam".

Qeyd edək ki, səksən yaşlı məşhur şair uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.