Rozadan əkizlər haqda gözlənilməz açıqlama: "Tərbiyəsizlik etdilər"

Rozadan əkizlər haqda gözlənilməz açıqlama:  "Tərbiyəsizlik etdilər"
5715 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli yenə də əkizlər Sevil və Sevinc Səfərova haqda qalmaqallı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Lider maqazin”ə açıqlamasında bildirib ki, əkizlərə ödədiyi bütün pulları geri alıb: 

“Roza onların getmə səbəbini açıqlasa, yerlə yeksan olacaqlar. Hamı elə bilirdi ki, Toliklə qızlara görə düşmənik. Amma elə deyil. Ticarət mərkəzlərindən birində onların etdiyi tərbiyəsizlikdən sonra aramızdakı soyuqluq başlayıb. Qızlar deyiblər ki, birinci biz oxumalıyıq, Roza kimdir? Onlarla kişi qızı kimi rəftar etdim. Onlara 50 min pul xərclədim, müqavilə bağlamadım. O pulu geri ödətdirdim, əcəb də etdim.

Onlar eyni rəngdə paltar geyinmirdilər. Hər libaslarının 1200 manat qiyməti var idi. Onlar bir il işləyib mənim pulumu ödədilər. Kimsəsizlər evindən üç uşaq götürüb saxlayıram, onların boğazından kəsib verdim. O pulu yedizdirərdim onlara? Anaları gəlib evimdə deyib ki, pul lazım deyil, təmiz adları olsun. Dedim ki, onlar mənim balamdır. Mənim balam üzümə ağ ola bilməz. Onlar mənim pulumla "O səs Türkiyə"yə gediblər.

Əkizlərin kirayə pulunu verirdim, sürücülərinə maaş ödəyirdim, qardaşlarının bütün xərcini verirdim. Onların bütün mahnılarını alırdım. Uşağımın yatağında yatırdılar. İndi sosial şəbəkədə qudurğan kimi danışırdılar. Mənim yanımda çalışanda qaş düzəltməyə pulları yox idi. İndiyənə kimi abrımdan danışmırdım. Heç zaman onlarla barışmayacam. Onların danışmağa haqqı olmamalıdır, utanmalıdılar”.