Prezident İlham Əliyev Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
 

Axşam.az xəbər verir ki, sərəncamda Y.Eyvazovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə fəxri ada layiq görüldüyü qeyd olunub.

Dövlət başçısının digər sərəncamına əsasən, Anna Yuryevna Netrebko Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Rusiyada yaşayıb-fəaliyyət göstərən opera müğənnisi Yusif Eyvazov 2015-ci ilin dekabrında Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.



                 

Digər Xəbərlər