Aparıcı Azər Zahid ikinci dəfə ata olub.

Axşam.az-ın məlumatına görə, aparıcının oğlu dünyaya gəlib. O, 5 günlük oğluna Uğur adı qoyub.

Azər yeni doğulmuş körpəsi ilə videosunu paylaşaraq "Mənim ürəyim, mənim həyatda uğurum! Dilək qızımın qardaşı ona uğur gətirsin! Uğurun Diləkləri həyata keçsin!" qeydini yazıb.

Xatırladaq ki, bu, A.Zahidin ikinci nikahından olan oğludur. O, ilk dəfə həmkarı Vüsalə Əlizadə ilə evli olub və bu nikahdan Dilək adlı bir qızı var.



                   

Digər Xəbərlər