Aktrisa Gizem Karaca məhkəmənin qərarına etiraz edib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktrisanın vəkili hakimin qərarına qarşı çıxaraq Gizemin gənclik səhvi etdiyini deyib:

“Günahı sadəcə 2 dostu ilə narkotuk vasitədən istifadə etməsidir. Hərəkətindən peşmandır. Ailə qurub, xoşbəxtdir. Etdiyi isə gənclik səhvidir”.

Qeyd edək ki, aktrisa narkotik ticarəti ilə məşğul olduğu iddiasıyla 4 il 2 ay müddətində həbs olunub.


                 

Digər Xəbərlər