Parlaq və gözəl görünüşlü dəriyə sahib olmaq hər qadının istəyidir. Evdə asanca tapa biləcəyiniz vəsaitlərlə üz dərinizi gözəlləşdirə bilərsiniz.

Axşam.az maskalardan bir neçəsini təqdim edir:

Nəmləndirici maska

Tərkibi:

Yumurta sarısı

Süd

Hazırlanması:

Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə tətbiq edin, üzərini incə bir bezlə örtərək 15 dəqiqə gözləyin. Ardından kağız dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla, ilıq və soyuq suyla üzünüzü yuyun. Həftədə bir dəfə istifadə edə bilərsiniz.

Qara nöqtələr üçün maska

Tərkibi:

Limon suyu

Qatıq

Hazırlanması:

Bir kasa qatığa bir limonun suyunu qarışdırın. Bu qarışığı gözlərinə gəlməməsinə diqqət yetirərək üzünüzə tətbiq edin və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq suyla yuyaraq çıxarın.

Qırışlara qarşı maska

Tərkibi:

Qaymaq

Alma

Hazırlanması:

Bu maskanı hazırlamaq üçün soyulmuş bir alma və üç qaşıq qaymağı mikserlə bir neçə dəqiqə qarışdırmanız kafi. Qarışığı dərinizə yaydıqdan sonra təmiz bir bezlə üzünüzü bağlayın. Təxminən on dəqiqə gözlədikdən sonra maskanı silin və üzünüzü ilıq suyla təmizləyin.

Yağlı dərilər üçün maska

Tərkibi:

Bal

Süd

Limon suyu

Hazırlanması:

Bir fincan içində bir qaşıq balı, bir qaşıq limon suyunu və konsistensiyanın tündlüyünü pozmayacaq miqdarda südü qarışdırın. Qarışığı üzünüzə və boyunuza  tətbiq edin və yüngülcə quruyana qədər gözləyin. Maskanı nəmli bir süngər köməyiylə silərək təmizləyin.

 



                 

Digər Xəbərlər