Türkiyəli müğənni Dəniz Səkinin keçmiş nişanlısı Faruk Salman verilişlərdən birinə qonaq olub.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, Faruk Dəniz haqqında maraqlı açıqlamalar verib. Müğənninin həbs olduğu müddət ərzində ona dəstək olan Faruk ayrılma səbəblərindən danışıb:

“Bütün əməyim haram olsun. Qəlbimdə də, beynimdə də hər şey bitib. Allah məni qoruyub. İki həftədə iki başqa adamla eşq yaşayırdı. Bu səbəblə ayrıldıq. Yaşadığı evin kirayə pulunu ödəyirdim. İndi ödəmirəm. Zəng edə bilməsin deyə nömrəsini qara siyahıya atmışam”.

Müğənni isə açıqlamaya cavab olaraq sosial media hesabından yeni sevgilisi ilə şəklini paylaşıb.




                 

Digər Xəbərlər