ATV-də yayımlanan “Vicdan haqqı” serialı finala hazırlaşır.

Axşam.az-ın məlumatına görə, üç mövsümdür efirə gedən ekran işi bu yay bitir.

Ekran işinin quruluşçu rejissoru Rövşən İsax “ATV kulis”ə açıqlamasında bildirib ki, sonda tamaşaçıları təəccübləndirəcəklər:

“Xoşbəxt son olacaq. Tamaşaçılar süpriz hadisələrlə rastlaşacaqlar”.

Qeyd edək ki, serial həftənin cümə günü efirə gedir. Ekran işində Hicran Nəsirova, Ramiz Novruz, İlham Hüseynov kimi aktyorlar rol alırlar.



                   

Digər Xəbərlər