Fransada təşkil olunan 71-ci Kann Kino Festivalı bitsə də, amma bəzi hadisələri ilə gündəmi zəbt etməyə davam edir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bunlardan biri də rusiyalı model Yuliya Rıbakova ilə bağlıdır.

Belə ki, Yuliya qatıldığı film təqdimatında xoşagəlməz insidentlə rastlaşıb. Qırmızı xalıda kameraya poz verən modelin uzun ətəyi gecədə iştirak edən digər qonağın ayağı altında qalıb.

Qəfildən ətəyi düşən Rıbakovaalt paltarında qalıb. Modelin köməyinə elə ətəyi tapdalayan şəxs yetişib. O, ətəyi yenidən modelin belinə bağlayıb.



                 

Digər Xəbərlər