Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenin bir neçə gün əvvəl çıxartdığı "Yıldız Tilbenin Yıldızlı Şarkıları" adlı albomunun ilk klipini əməkdar artist Röya Ayxan çəkdirib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Yıldız Tilbenin 39 mahnısının 39 sənətçi tərəfindən səsləndirdiyi 4 CD-lik albomda Röya "Ummadığın Anda" parçanı səsləndirib.

Aranjımanı Səlim Çaldıran, rejissoru Orçun Mutluya aid nəğmənin klipi həm Türkiyə, həm Azərbaycanda çəkilib.

Ekran işində ilkə də imza atılıb. Belə ki, bir çox yerində şəkil çəkdirməyin qadağan olunduğu Heydər Əliyev Mərkəzi qapılarını ilk dəfə Röyanın klipi üçün açıb. 

26 saat davam edən çəkilişdə sənətçiyə 50 nəfərə yaxın bir komanda köməklik edib.

Klipin yaxın günlərdə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Röya bu mahnı üçün şəxsən özü Yıldız Tilbeyə müraiət edib.



                   

Digər Xəbərlər