5 illik evliliklərinə 5 ay öncə son qoyan “Fazilet hanım ve kızları” serialının "Gökhan"ı, aktyor Tolqa Güleç və aktrisa Yeliz Şar paylaşımları ilə hamını çaş-baş salıblar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin dekabrında aktrisa Yeliz Şar ilə boşanmaq qərarına gələn aktyor onunla birgə çəkilmiş şəkillərini hesabında yerləşdirib.

Bildirilir ki, boşanan cütlük bir-birilərini sevməyə davam edirlər.

Qeyd edək ki, cütlük 2013-cü ildə ailə qurmuşdu. Ötən ilin dekabrda səbəb açıqlanmadan sürpriz qərarla ayrılmışdılar.

Xatırladaq ki, sonuncu paylaşımında da Güleç keçmiş xanımına sevgisini etiraf etmiş, izləyiciləri təəccübləndirmişdi.





                 

Digər Xəbərlər