Azərbaycanlı aktrisa modellik edəcək

Azərbaycanlı aktrisa modellik edəcək
1409 dəfə oxunub
  • A-
  • A
  • A+

Son zamanlar bir neçə serial və filmlərdə yer alan akteisa Nəsrin Cavadzadə bundan sonra modellik də edəcək.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktrisaya modellik etməsi üçün təkliflər yağır. Nəsrin artıq bu təklifləri dəyərləndirəcəyini deyib:

“Əvvəl çox təəccüblənmişdim. Daha sonra təkliflərin artması məni sevindirdi. Sevdiyim markanın təqdimatı üçün podiuma çıxaram. Təklifləri dəyərləndirəcəm”.

N.Cavadzadə baş rolda çəkildiyi, İspaniya istehsalı olan “El Desentierro” filminin sentyabrda keçiriləcək qalası üçün indidən hazırlaşdığını deyib. Həftənin 5 günü idman zalından çıxmayan aktrisa sağlam qidalanma ilə də arzuladığı bədən quruluşuna sahib olmağı hədəfləyib.

Qeyd edək ki, aktrisa bir müddətdir Türkiyədə yaşayır.