"Mənim bütün həyatım əzabla, zülmlə keçib" - Əməkdar artist

"Mənim bütün həyatım əzabla, zülmlə keçib" - Əməkdar artist
1289 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Sahib İbrahimov  Xəzər TV-də yayımlanan "5/5" verilişinə qonaq olub. Sənətçi maraqlı açıqlamalar verib.

Axşam.az-ın milli.az-a istinadən məlumatına görə, aparıcı "5/5"-in canlı yayımında müğənniyə "Həyatında əzab, əziyyətli günlərin olubmu ki, hərdən yadına salırsan?" sualı ilə müraciət edib.

Sahib İbrahimov Zaurun sualına belə cavab verib:

"Mənim bütün həyatım əzabla, əziyyətlə, zülmlə keçib. Nəyə nail olmuşamsa, zülmlə nail olmuşam. Odlu-alovlu günlərdən keçmişəm. Ona görədə mənim üçün məişət həyatımızdakı söz-sözhbətlər çox cılızdır, çox kiçik məsələlərdir".

Sonda isə müğənni artıq Ayan adlı qız nəvəsinin olduğunu və oğlunu da evləndirdiyi barədə məlumat verib.