Mədəniyyət naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Adel İbrahimi ilə görüşüb.

Axşam.az xəbər verir ki, görüşdə Azərbaycan və Misir arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib.
 

Ötən dövr ərzində keçirilən çoxsaylı mədəniyyət tədbirləri, o cümlədən 2006, 2008 və 2014-cü illərdə Azərbaycanda Misir Mədəniyyət Günlərinin təşkili ölkələrarası əlaqələrin gücləndirilməsi baxımından uğurlu hadisə kimi qiymətləndirilib. Həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət və kino günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əməkdaşlığın təşviqi və birgə layihələr barədə müzakirə aparılıb.

Əbülfəs Qarayev tərəfindən mədəniyyət sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib və Misir tərəfi ölkəmizdə keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal şəkildə iştiraka dəvət edilib. 



                 

Digər Xəbərlər