Yaşasaydı 70 yaşı olacaqdı

Yaşasaydı 70 yaşı olacaqdı
715 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün mərhum xalq artisti Fuad Poladovun ad günüdür. 

Axşam.az-ın məlumatına görə, aktyorun 70 yaşı tamam olur. Xərçəngdən əziyyət çəkən F.Poladov mayın 5-də dünyasını dəyişib. 

Fuad Poladov 1948-ci il mayın 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. 20 bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. 2015-ci ildə “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.