Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib.

Axşam.az-ın məlumatına görə, Gəncədə fəaliyyət göstərən “ARB Kəpəz” televiziyasının və Gəncə “ASAN Xidmət” Mərkəzinin əməkdaşlığı ilə “Ömrə müqabil müstəqillik” adlı film ərsəyə gətirib.

Çəkiliş prosesində Gəncə “Asan Xidmət” Mərkəzinin bir qrup könüllüsü də iştirak edib. 

Sənədli film 1905-1906-cı illər azadlıq hərəkatının təsvirindən başlayaraq, müasir müstəqilliyimizədək bütün tarixi formasiya dövrlərini əhatələyib. Azərbaycan Xalq Cümhuriyəti ilə bağlı çox önəmli səhifələrdən biri onun Gəncə dövrüdür. Paytaxtın Bakıya köçürüldüyü zamanlardan, Sovetlər dönəmindəki hadisələrin cərəyanınadək baş verənlərdə bu öz təsdiqini tapıb.

“Ömrə Müqabil Müstəqillik” filmi ARB telekanalının efirində 28 may saat 20:45-da nümayiş olunacaq.



                 

Digər Xəbərlər