"Rəhim şeytandır" - Kərim

"Rəhim şeytandır" -  Kərim
1755 dəfə oxunub
  • A-
  • A
  • A+

"Rəhim bu aləmdə elə fiqurdur ki, şeytanın əmisi oğludur. Aygün Kazımova mənə dedi ki, Rəhimlə işin olmasın. Mən də ona söz verdim ki, işim olmayacaq. Ona görə də barəsində çox söz deyə bilmirəm. O, Niyamla mənim aramı vurdu. Niyama başqa, mənə isə tamam başqa sözlər çatdırırdı. Əslində isə özü qurub-qoşmuşdu".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov "Hər şey daxil" verilişində deyib. O, Niyam Salami ilə aralarını Rəhim Rəhimlinin vurduğunu deyib. 

Kərim R.Rəhimlini "şeytan" adlandırıb:

"4 il idi ki, Niyamla aramda inciklik var idi. Heç kimdən asılacağım yoxdur. Mənim sənətim var, bu aləmdə adım var, sözümün kəsəri var. Kim məndən inciyibsə, özü bilər. Bir insan mənim üçün önəmsizdisə, onun haqqında danışa bilmərəm. O insan bir yapışqandır. Bir gün sənə, bir gün Aygünə, o biri gün Röyaya, digər gün də Niyamdan yapışır. Mənə zəng edib evinə çağırırdı. Elə söhbətlər danışırdı ki... Mən də əkizlər bürcüyəm, özümdən tez çıxırdım. Deyirdim ki, bunlar Niyamla dostdursa, demək bu söhbətlər düzdür. Niyam da bir az aqressiv idi. Amma insanlıq deyilən bir şey var. Hamını bir-birinə vur, özünü də hamıdan aslı et. Özünü ortada fiqur kimi göstərir. O, ingilis bayrağıdır, bilinmir hara əsir. Gələndən Nazənin xanım deyir ki, danışma, sakit otur. Ağzım orucdur, çox danışmayacam. Allah şeytana lənət eləsin. Maqazin proqramlarında dediyim sözlərə görə Niyamdan üzr istədim. İstəməli idim də”.