Zöhrə Abdullayevanın oğlu şöbə rəisi olubmuş - Fotolar

Zöhrə Abdullayevanın oğlu şöbə rəisi olubmuş -  Fotolar
6398 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, əməkdar artist Zöhrə Abdullayevanın oğlu dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, beyin xərçəngindən əziyyət çəkən İsrafil bu gün səhər rəhmətə gedib.

İ.Abdullayevin yas mərasimi Z.Abdullayevanın Nardaran qəsəbəsindəki evində keçirilir. Mərhum Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Yas mərasiminə müğənninin sənət dostları gedib.

Qafqazinfo-da yer alan xəbərə görə, İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb.