Yalnız evdar xanımlar oxusun

Yalnız evdar xanımlar oxusun
3756 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, daima evdə qalan xanımlar depresiyaya düşə, əsəb keçirə bilərlər.

Axşam.az xarici mediaya istinadən evdə otura-otura stressdən uzaq olmanız üçün sizə bəzi məsləhətlər verir:

1. Evinizin hər köşəsini təmizləyin. Otaqları havalandırın. Bu sizin həm başınızı qatacaq, həm də xoş təsir bağışlayacaq.



2. Deresiyadan uzaq olmaq üçün həyatınızı, evinizi sadələşdirin. Açıq rəngli tonlardan istifadə edin, divanınızı təmir edin, lazımsız aksessuarları otaqlardan yığışdırın, geyinmədiyiniz paltarları başqalarına verin. Bundan saonra necə rahatlayacağınızı görəcəksiniz.



3. Başınızı qatmağınız digər yolu hobbidir. Evinizin bir küncündə özünüz üçün guşə yaradın, şəkil çəkin, köhnə əşyalardan ev üçün dekorativ əşyalar düzəldin.



4. Sevdiyiniz insanlarla zaman keçirin. Ən yaxın rəfiqələrinizi, dostlarınızı evinizə qonaq çağırın.



5. Stressdən uzaq olmağın yollarından biri də idmandır. Bunun üçün idman salonlarına getməyə ehtiyac yoxdur. Böyük bir ayna və bir-iki alətlə də idman edə, özünüz sakitləşdirə bilərsiniz.