Bir həftə sonra ana olacaq müğənni klip çəkdirdi

Bir həftə sonra ana olacaq müğənni klip çəkdirdi
2870 dəfə oxunub
  • A-
  • A
  • A+

“İşte benim stilim” yarışması ilə məşhurlaşan müğənni Nazlı Hamarat klip çəkdirib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir həftə sonra ana olacaq ifaçı "Artıq bir anayam" ("Artık bir anneyim") adlı mahnısını ekranlaşdırıb.

Aydın Qaffar adlı şəxsdən hamilə olan Nazlının klipi Rivada çəkilib. 9 aylıq hamilə Hamarat klipə qarnı açıq çəkilib.


Qeyd edək ki, sənətçinin iş adamı əri Emir Cevdet Şaşmaz illər əvvəl Ukraynada boğazı kəsilərək qətlə yetirilib. Nazlı ərinin 40 mərasimini gözləmədən Aydın Qaffar adlı şəxslə eşq yaşamağa başlamışdı. Lakin Aydının münasibətləri rəsmiləşdirmək istəməməsi cütlüyün ayrılığına səbəb olub.