Aygün qalmaqal yaradan paylaşımından danışdı: "Mən ucaldım..."

Aygün qalmaqal yaradan paylaşımından danışdı:  "Mən ucaldım..."
3989 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımovanın İnstaqramında paylaşdığı “W-trio” qrupunun keçmiş görüntüsü qalmaqala səbəb olmuşdu.

Axşam.az-ın məlumatına görə, görüntüdə müğənninin küsülü olduğu Röya Ayxan, sənətçilər Natavan Həbibi və Elnarə Xəlilova yer almışdı. R.Ayxan videoya sərt reaksiya vermiş, etirazını bildirmişdi.

Kazımova “ATV maqazin onlarla” verilişində paylaşımından danışıb. O, bununla bağlı suala belə cavab verib:

“Kimdə var bu ürək? O ürək ancaq məndə var. Vaqif Gərayzadəmizin ad gününü təbrik etdim. Hamını işarələdim, böyük hörmətlə, sevgi və sayqıyla. Baxışlar müxtəlifdir. Kim isə orada ancaq gözəllik gördü. Amma kim isə orada bir vergül var və o bir az əyri qoyulub... Gözü ona sataşdı. O boyda böyük şeyi görmədin? Gördüyün o balaca vergül idi? Doğrudan da, gözəl şeyləri görməyi bacarmaq lazımdır.

Mən bu 30 ildə dəyişmədim. Yanlış addımlarım oldusa da, onu anladım, ilk addım atmağı, üzr istəməyi bacardım. Bu xasiyyətimlə mən ucaldım. Üzr istəməyi də, ilk addımı atmağı da, sonda fikir söyləməyi də, susmağı da bacarıram. Bu gün xalq artistiyəm, 30 ildir səhnədəyəm, amma hamıdan çox dərs alıram”.