Ronaldinyodan iki qızla evlənəcəyi xəbərinə reaksiya
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo iki qızla eyni vaxtda evlənəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu məlumatı təkzib edib:
“Bu, böyük yalandır. Bütün dünya mənə zəng edir. Mən evlənməyə hazırlaşmıram”.
Qeyd edək ki, 38 yaşlı Ronaldinyonun iki qızla eyni anda evlənmək istədiyi barədə xəbər ilk olaraq İspaniya mətbuatında dərc olunmuşdu. Məlumata görə, Pritsilla Koelyo və Beatris Souza ilə Ronaldinyo iki ildir birgə yaşayır.