Kibariyədən ayrılıq xəbərlərinə reaksiya

Kibariyədən ayrılıq xəbərlərinə reaksiya
1526 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Kibariyə haqqında yayılan boşanma xəbərləri barədə açıqlama verib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, müğənni həyat yoldaşı Ali Küçükbalçıkla ayrılacağı haqda düşünəcəyini bildirib:

“Həyat yoldaşımın borcları ola bilər. Pul yenə qazanılar. Amma ailə xoşbəxtliyi hər şeydən önəmlidir. Hər şeyi unutdum. Amma xəyanət xəbərlərini eşidəndə boşanma haqqında düşündüm. Həyat yoldaşımın xəyanətini gözümlə görməmişəm. Sizdən eşidirəm. Ailəmi dağıtmaq istəmirəm. Amma boşanmaq barədə düşünəcəm”.

Qeyd edək ki, Ali Kibariyədən 20 yaş kiçikdir və cütlük 1999-cu ildə ailə qurmuşdu.