"Doqquz evim olub" - Sevda

"Doqquz evim olub" -  Sevda
3553 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Əliqızı Sərxan Kərəmoğlunun "Evimin qonaqları" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, sənətçi həmklararını hörmətsizlik etməkdə günahlandırıb:

"Son vaxtlar bizim yaş nəslinə aid olan sənətçilər etinasız olublar. Adamı görürlər, amma özlərini görməməzliyə vururlar. Ona görə də daha çox gənclərlə ünsiyyət saxlayıram.

Baxırsan ki, sənətə məndən sonra gəlib, indi efirlərə tez-tez çıxır, bir az pulu var deyə, adamı saymır. Vaxtında mənim də doqquz evim olub. Yəni, var-dövləti vaxtında görmüşəm".