İyunun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının repertuarından Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında “Kimdir müqəssir?!” tamaşası nümayiş olunacaq.

Axşam.az-ın məlumatına görə, tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamülü, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqlardan yaranan faciələr əks olunan səhnə əsərinin quruluşcu rejissoru E. Zeynallıdır.

Tamaşada rolları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqaları canlandıracaqlar.


                   

Digər Xəbərlər