Sevgilisindən ayrılan Sinan Hadisəyə söz atdı

Sevgilisindən ayrılan Sinan Hadisəyə söz atdı
2945 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sinan Akçıl siması olduğu bir markanın tanıtım gecəsinə qatılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı tədbirdə jurnalistlərin suallarını da cavablandırıb. "Otilia ilə münasibətiniz digər sevgililəriniz kimi qalmaqallı şəkildə bitmədi. O, avropalı olduğu üçündürmü" sualına Sinan belə cavab verib:

"Keçmiş sevgililərim arasında da avropalılar olub. Buradakı ən böyük avantajım baldızlarımın olmamasıdır".

Akçılın bu açıqlaması bir vaxtlar eşq yaşadığı müğənni Hadisə və bacılarına söz atmış kimi başa düşülüb. Belə ki, 2010-cu ildə Hadisə ilə sevgili olan Sinan ondan qalmaqallı şəkildə ayrılmışdı. Buna səbəb isə Hadisənin böyük bacısı Açıkgözün Akçılla yola getməməsi, tez-tez ona söz atması olmuşdu.