43 yaşlı britaniyalı dizayner Viktoriya Bekhem haqda maraqlı fakt ortaya çıxıb. 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Viktoriyanın heç vaxt üzünün gülməmə səbəbi bəlli olub.

Proqramlardan birinə qonaq olan dizayner buna belə açıqlama gətirib:

"Dəb dünyasında çoxlu çatışmazlıqlar var. Bunda da özümü günahkar bilirəm. Dəb gülüşümü əlimdən aldı".

Bekhemə yaxın mənbə isə Viktoriyanın dişlərini bəyənməməsi və buna görə gülməkdən imtina etdiyini söyləyib.

Qeyd edək ki, Viktoriya sonuncu dəfə "Spice Girls"də müğənni kimi fəaliyyət göstərərkən təbəssümü ilə yadda qalıb.








                 

Digər Xəbərlər