Türkiyəli aktrisa Gökçe Bahadır mahnı albomunu çıxarmağa hazırlaşır.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktrisa tez-tez sosial media hesabında ifa etdiyi mahnıları paylaşır. İzləyicilərindən ifası haqda xeyli xoş sözlər eşidən Gökçenin albomu demək olar ki, hazırdır.

Qeyd edək ki, aktrisa hazırda “Ufak-tefek cinayetler” adlı serialda Oya obrazını canlandırır.


                 

Digər Xəbərlər